Baydenin zəfəri davam edir

Baydenin zəfəri davam edir

8 İyul 12:10
1 235
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərinin ilkin mərhələsində Demokrat Partiyasının namizədi Co Bayden Nyu-Cersi və Delaver ştatlarında qalib gəlib.

Oxuməni.az xəbər verir ki, noyabrda keçiriləcək prezident seçkiləri ilə əlaqədar Demokrat Partiyasının namizədi Co Baydenlə Respublika Partiyasının namizədi, hazırkı Prezident Donald Tramp arasında seçki yarışı rəsmi şəkildə davam edir.

Bu çərçivədə Nyu-Cersi və Delavet ştatlarında ilkin seçki keçirilib. Demokrat Partiyasının digər namizədləri Baydeninin qarşısından çəkilsə də, Nernie Sanders seçkidə iştirak etmək niyyətində olduğunu ifadə etmişdi.

Ötən gün keçirilən seçkilər zamanı Co Bayden Nyu-Cersidə səslərin 88,5, Delavetdə isə 90,4 faizini qazanıb.

Oxuməni.az