Dmitri Peskov: "İngiltərənin sanksiyalarına Rusiya qarşılıq verəcək"

Dmitri Peskov: "İngiltərənin sanksiyalarına Rusiya qarşılıq verəcək"

7 İyul 16:30
1 797
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərənin 25 Rusiya vətəndaşına qarşı tətbiq ediləcək sanksiyaya Rusiya qarşılıq verəcək.

Oxuməni.az xəbər verir ki, bunu Kremlin sözcüsü Dimitri Peskov açıqlayıb. İngiltərə sözügedən rus vətəndaşlarına ölkəyə giriş, ingilis banklarında əməliyyat aparma və ingilis iqtisadiyyatından qazanc əldə etmə qadağası qoyacaq.

Bildirilib ki, ölkələrdən başqa fərdi şəxslər və qurumlar da hədəf alınacaq. Açıqlamada İngiltərənin sanksiya mövzusunda ilk dəfə Avropa Birliyindən fərqli hərəkət edəcəyi vurğulanıb.

İlk sanksiya siyahısında 2009-cu ildə Rusiyada 230 milyon dollarlıq qanunsuzluq materiallarını araşdıran rus vergi mütəxəssisi Sergey Maqnitskinin ölümü səbəbindən 25 rus vətəndaşına yer verilib.

Oxuməni.az