Ərdoğan Nazarbayevlə danışıqlar aparıb

Ərdoğan Nazarbayevlə danışıqlar aparıb

7 İyul 09:30
1 294
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayev ilə telefon danışığı aparıb.

Oxuməni.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsindən bildirilib.

Məlumata görə, söhbət əsnasında Türkiyə lideri həmsöhbətini ad günü münasibəti ilə təbrik edib, ona cansağlığı və uzun ömür arzulayıb.

Tərəflər, həmçinin ikitərəfli münasibətlər, regional əməkdaşlıq və COVID-19 pandemiyası ilə mübarizədə əməkdaşlığın gücləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Oxuməni.az