Türkiyə prezidenti Dohada Qətər əmiri ilə görüşüb

Türkiyə prezidenti Dohada Qətər əmiri ilə görüşüb

3 İyul 2020 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Tamim bin Hamad Al Tani ilə İnci Sarayında görüşü olub.

Oxuməni.az “Anadolu”ya istinadən xəbər verir ki, görüş mətbuat nümayəndələrinin iştirakı olmadan üç saat davam edib.

Səfərdə Rəcəb Tayyib Ərdoğanı Türkiyənin Kommunikasiya direktoru Fahrettin Altun, prezidentin sözçüsü İbrahim Kalın və Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan müşayiət edir.

Qeyd edək ki, bu, Ərdoğanın koronavirusun başlanğıcından bəri ilk xarici səfəridir.

Oxuməni.az