Ukrayna XİN başçısı sabah Türkiyəyə səfər edəcək

Ukrayna XİN başçısı sabah Türkiyəyə səfər edəcək

2 İyul 2020 17:00
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba sabah Türkiyəyə səfər edəcək.

Bu barədə Oxuməni.az-a Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, D. Kuleba iyulun 3-də Antalya şəhərində keçiriləcək “Türkiyə-Ukrayna Birgə Strateji Planlaşdırma Qrupunun” VIII iclasına qatılacaq.

Ukrayna XİN başçısını səfəri zamanı ticarət, investisiya, müdafiə sənayesi, təhlükəsizlik, turizm və COVID-19 pandemiyası ilə mübarizə məsələləri müzakirə ediləcək.

Səfər çərçivəsində Krım tatarlarının vəziyyəti ilə bağlı da fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

Oxuməni.az