Ərdoğan və Merkel Liviya və Suriyanı müzakirə ediblər

Ərdoğan və Merkel Liviya və Suriyanı müzakirə ediblər

2 İyul 10:40
1 243
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkel ilə telefon danışığı aparıb.

Oxuməni.az-ın məlumatına görə, bu barədə bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata əsasən, tərəflər regional problemləri, ilk növbədə Liviya və Suriyada vəziyyətin inkişafını müzakirə ediblər.

Liderlər, həmçinin yeni növ koronavirus pandemiyasına qarşı mübarizə sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Söhbət zamanı ikitərəfli münasibətlərin vəziyyəti ilə bağlı məsələlərə də toxunulub.

Oxuməni.az