Fransa hökumətində dəyişiklik olacaq

Fransa hökumətində dəyişiklik olacaq

29 İyun 11:31
1 183
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa hökumətində dəyişiklik ediləcəyi artıq təsdiqlənib. Bələdiyyə seçkilərinin 2-ci turundan sonra, iyulun 14-dək Fransa Prezidenti 5 illik mandatının yeni yolunu və yeni hökuməti elan edəcək.

Oxuməni.az xəbər verir ki, Fransa Prezidenti Emmanüel Makron mandatının növbəti mərhələsi ilə bağlı yeni fikirlərini təqdim etmək məqsədi ilə sabiq prezidentlər, senatorlar, Konstitusiya Şurasının prezidenti, merlər və həmkarların rəhbərləri ilə görüşlər aparır.

Baş nazir Eduard Filipin vəzifəsinə əlvida deyəcəyi qətiləşdirilib. Yeni Baş nazir vəzifəsinə indiki Xarici İşlər naziri Jan-İv Lö Dryanın və Milli Assambleyanın sədri Rişar Ferranın adları səsləndirilir.

Ədliyyə naziri Nikol Belube, tədqiqat və ali təhsil naziri Frederik Vidal, əmək naziri Müryel Peniko, idman naziri Roksana Marasineanu, dəniz aşırı ərazilər üzrə nazir Annik Jirardən və mədəniyyət naziri Frank Riesterində vəzifələrinə əlvida deyəcəkləri ehtimal olunur. Hökumətin sözçüsü Sibet Ndiayenin də əvəzlənəcəyi bildirilib. Son günlər daha çox tənqid olunan Daxili İşlər naziri Kristof Kastanerlə bağlı vəziyyət qaranlıqdır.

Anjerin meri Kristof Beşu, prokuror Fransua Molən, Avropa deputatları Paskal Kanfən, Jan Kaste, eləcə də “Renault” avtomobil zavodunun sabiq rəhbəri Lui Şveytzerin yeni hökumətin tərkibində olacağı gözlənilir.

Oxuməni.az