Müsavat Partiyası İcra Aparatının rəhbəri və AXCP sədrinin müavininin kasasiya şikayəti təmin olunmadı

Müsavat Partiyası İcra Aparatının rəhbəri və AXCP sədrinin müavininin kasasiya şikayəti təmin olunmadı

24 Aprel 2012 13:10
Bəyəndim (0) Bəyənmədim (0)

Vəkil Əsabəli Mustafayevin verdiyi məlumata görə, bu gün Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə İctimai Palatanın (İP) 2011-ci il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının kasasiya şikayətlərinə baxılıb və prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, kasasiya şikayətləri təmin olunmayıb. Əvvəlki instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin hökmünə əsasən, Arif Hacılı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Fuad Qəhrəmanlı isə 1 il şərti cəzaya məhkum olunub. Həmin qərardan apellyasiya şikayəti verilib. Lakin məhkəmə şikayətləri təmin etmədiyi üçün Ali Məhkəməyə kasasiya şikayəti ilə müraciət olunub.

O.M.