Şahzadənin baldızını 7 il həbs gözləyir

Şahzadənin baldızını 7 il həbs gözləyir

19 Aprel 2012 16:24
Bəyəndim (0) Bəyənmədim (0)
Pippa Midleton artıq kraliçanı qəzəbləndirir...

Taxtdakı 60-cı ilini qeyd edən İngiltərə kraliçası Elizabet bu günlərdə sıxıntılı anlar yaşayır. Onun başını ağrıdan isə nəvəsi şahzadə Uilyamın baldızı Pippa Midletonun çıxdığı "oyunlardır"...

Gecə həyatına düşkünlüyü ilə hər zaman diqqət mərkəzində olan Pippanın həftə sonundakı doğum günü partisində çəkilən fotoları, ertəsi gün Paris küçələrində dostlarından birinin paparasiyaya silah tuşlaması böyük reaksiyaya səbəb oldu. Belə ki, Parisin işlək küçələrindən birində mediaçılarla rastlaşan Pippa və dostları avtomobildə özlərindən çıxdılar. Sükan arxasında oturan sürücü əlindəki silahı qarşı tərəfə tuşlayınca ortalıq qarışdı. Səhəri gün bütün qəzet və jurnalların manşetlərində yer alan bu foto təbii ki, kraliyyət ailəsinin də diqqətindən qaçmadı. Saxta olduğu da ehtimal olunan silah barədə "The Sun" İngiltərə səlahiyyətliləri ilə dialoq apardı. Onlar, "Əgər silah gerçəkdirsə, Pippa da bu işə daxildirsə, o zaman onu 7 ilə qədər həbs cəzası gözləyə bilər. Xalqın olduğu yerdə silahı üzə çıxartmaq qadağandır, cinayətdir. Silah saxta olsa belə, Pippa həmin avtomobildə olduğu və olaya müdaxilə etmədiyi üçün 2 il müddətinə həbs edilə bilər", - deyə geniş açıqlama veriblər.

Günel Həbib