Qarabağ məsələsi hər bir azərbaycanlı üçün həssas məsələdir

Qarabağ məsələsi hər bir azərbaycanlı üçün həssas məsələdir

21 May 12:47
2 527
Bəyəndim (0) Bəyənmədim (0)

"Bir müddət bundan əvvəl təşkil edilən qondarma seçkinin ardınca bu gün ermənilər Azərbaycanın əzəli torpağı olan Şuşada "andiçmə şou”su keçirməyi planlaşdırırlar. Qarabağ məsələsi hər bir azərbaycanlı üçün həssas məsələdir. Bir qarabağlı, hər gün vətən eşqi ilə yanan bir insan kimi Şuşada andiçmə mərasiminin keçirilməsi məni, eləcə də bütün Qarabağ camaatını narahat edir və hiddətləndirir".


Oxuməni.az-ın verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Cəbrayıl-Qubadlı bölgəsini təmsil edən deputatı Ceyhun Məmmədov Modern.az-a açıqlamasında bildirib.

Millət vəkili "Nə etməli, məsələyə necə yanaşmalıyıq" sualına belə cavab verib:


"Öncə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyası, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə ziddiyyət təşkil edən və beynəlxalq qurumlar tərəfindən birmənalı şəkildə rədd edilən qondarma “seçkilərin” nəticələrinin hər hansı bir hüquqi qüvvəsi yoxdur. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, heç bir dövlət "seçkilər"in legitimliyini tanımadı.

Qeyd etməliyik ki, buna Azərbaycan hökumətinin son illər həyata keçirdiyi uğurlu siyasət nəticəsində nail olunub. Prezident İlham Əlyev bütün regional və beynəlxalq tədbirlərdə Qarabağ probleminə toxunur, Ermənistanın həyata keçirdiyi təcavüzkar siyasəti sərt tənqid edir, ermənilər ifşa edir. Ermənistanın Şuşada "andiçmə şou”su keçirməkdə məqsədi nədir?

Azərbaycan son illər bir çox sahələrdə böyük uğurlara imza atıb, günü-gündən sürətlə inkişaf edir, dünya ölkələri Azərbaycana inanır və etibar edir. Ermənistan isə bütün regional layihələrdən təcrid olunub. Bütün gücü ilə blokadadan çıxmaq üçün çabalıyır.

Eyni zamanda, Azərbaycan Prezidentinin nüfuzu həm ölkə daxilində, həm də xaricində kifayət qədər yüksəkdir. Bu, Ermənistanı narahat etməyə bilməz. Paşinyan isə getdikcə populist nüfuzunu itirməkdədir. Bu şəkildə uzun müddət hakimiyyətini qoruya bilmiyəcək. Ona hakimiyyətdə qalmağa kömək edə biləcək əsas faktorlardan biri Qarabağ məsələsdir. Ona görə hər vəchlə Qarabağ kartından məharətlə istifadə etməyə çalışır. Tez-tez Qarabağa səfərə gəlir və Azərbaycanı qıcıqlandırmaq üçün bütün gücünü səfərbər edir.

Bu şouları keçirməkdə digər məqsəd həmçinin, Azərbaycanda ictimai rəyə təsir etmək, Azərbaycana yanıq verməkdir. Biz nə etməliyik? Siyasət düşünülərək, hər bir addım ciddi çəkildə ölçülərək həyata keçirilir. Hissə qapılaraq, çılğınlıq edərək, emussiyalara qapılaraq xarici siyasət həyata keçirilmir.

Bəli, çox ağırdır bu mənzərəni müşahidə etmək ağırdır. Ancaq ehtiyatı əldən verməməli, diqqətli olmalıyıq. Bütün hallarda ermənilərin niyyət və məqsədlərinin həyata keçməsinə şərait yaratmamalıyıq. Biz tez və ya gec o torpaqlara qayıdacağımıza inanırıq. Bunun üçün həmrəy olmalı, birlik və həmrəyliyimizi qorumalı, düşmənin məqsədinin həyata keçməsinə imkan verməməliyik".

Oxuməni.az