Türkiyə Avropa üçün yeni Çin ola bilər

Türkiyə Avropa üçün yeni Çin ola bilər

20 May 12:38
3 983
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə güclü nəqliyyat, şəbəkələşmə sistemi, sürətli istehsalat və digər imkanları ilə Avropa üçün Çinin yerini tuta bilər.

Oxuməni.az xəbər verir ki, bu sözləri türkiyəli ekspert Berk Hacıgüzeller deyib.

Ekspert bildirib ki, gözlənilmədən peyda olan iqtisadi şoku lehinə çevirən ölkələr bu dönəmdən qazanclı çıxacaqlar:

“Pandemiya dönəmində tədarük mərkəzlərinin yaxın olmasının önəmi bir daha hər kəsə aydın oldu. Avropa və ABŞ son aylarda Çində istehsal edilən xeyli sayda məhsulu əldə etməkdə çətinlik çəkdi. Maska və digər tibbi ləvazimatlar az qala qızıl dəyərində idi. Məhz bu kimi hallar Qərbi tədarük məsələsində bir daha düşünməyə vadar etdi. Türkiyə dolların dəyərinin qalxması, Avropaya yaxınlığı, güclü nəqliyyat və çatımlılıq imkanları, sürətli istehsalatı ilə Çinin yerini ala biləcək namizədlər arasındadır. Diqqətçəkən tədarük mərkəzinə çevrilmə potensialına sahibik. Bu fürsəti dəyərləndirməliyik”.

Oxuməni.az