CISCO şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin rəhbərləri arasında videokonfrans keçirilib

CISCO şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin rəhbərləri arasında videokonfrans keçirilib

15 May 2020 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 15-də CISCO şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

Oxuməni.az-ın məlumatına görə, videokonfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə iştirak ediblər.

Oxuməni.az