İsa Həbibbəyli: "Prezidentin humanist siyasətini xalqımız yüksək qiymətləndirir"

İsa Həbibbəyli: "Prezidentin humanist siyasətini xalqımız yüksək qiymətləndirir"

8 Aprel 2020 12:04
Bəyəndim (0) Bəyənmədim (0)

“Prezident İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqliyinin və eyni zamanda, həmrəylinin daha bir nümunəsidir”. Bu fikirləri isə, AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli bildirib.

Onun sözlərinə görə, məhz Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə dövlətimizin başçısı tərəfindən ardıcıl olaraq həyata keçirilməkdədir. “Bu dəfəki əfv sərəncamında 176 məhkum azadlığa qovuşdu və bu qərar koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil olundu”, deyən deputat əlavə edib ki, əfv məsələsinə baxılarkən, məhkumların və onların ailə üzvlərinin müraciətləri, məhkumların səhhəti, törətdikləri cinayətlər, cəza çəkdikləri müddətdə davranışları və digər məsələlər də nəzərə alınıb: “Qeyd edim ki, dövlətin belə məhkumları əfv etməsi həmin insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirərək, ölkənin layiqli vətəndaşı olmağa sövq edir. Bu baxımdan, dövlətin, Prezident İlham Əliyevin humanist siyasətini xalqımız, cəmiyyətimiz yüksək qiymətləndirir. Əlbəttə ki, həmrəylik nümunəsi də olan bu addım cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, eləcə də, qanunçuluq prinsiplərinə söykənən vətəndaş-dövlət münasibətləri baxımından əhəmiyyət kəsb edir. Beləliklə, bu sərəncam da Azərbaycan dövlətinin humanizm prinsiplərinə, demokratik dəyərlərə sadiqliyi bir daha təsdiqləyir. Bizim üçün əsas olan xalqımızın mövqeyidir ki, Azərbaycan xalqı dövlətimizin başçısının həyata keçirdiyi siyasəti, o cümlədən humanist addımlarını birmənalı şəkildə dəstəkləyir”.

Oxuməni.az