İranın səhiyyə naziri parlamentə hesabat verib

İranın səhiyyə naziri parlamentə hesabat verib

7 Aprel 17:00
818
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa dövlətləri gec olsa da İran ilə maliyyə hesablaşması aparmaq üçün xüsusi sistemi istifadəyə verib.

Oxuməni.az-ın məlumatına görə, bu sözləri Prezident Həsən Ruhani nazirlər şurasının iclasında bildirib ki, Avropa dövlətləri İran ilə maliyyə hesablaşması aparmaq üçün yaratdıqları xüsusi maliyyə sistemindən (INSTEX) hərtərəfli istifadə etməlidirlər. Prezident bildirib ki, bu sistem vasitəsilə İrana yalnız tibbi avadanlıqlar almağa yox, həm də ticarət əlaqələrini davam etdirmək üçün icazə verilməlidir.

Qeyd edək ki, xüsusi sistem ötən ildən yaradılsa da Avropa dövlətləri ABŞ-ın təzyiqi ilə ondan istifadə etmirdilər. Koronavirusun yayılmasından sonra Fransa, Almaniya və Böyük Britaniya bu sistemdən istifadə edərək İrana tibb yardım göndərdilər.

Bu arada İranda virusla mübarizə davam edir. Koronavirus pandemiyası ilə əlaqədar olaraq İran ordusunun aprelin 17-də keçirəcəyi hərbi parad təxirə salınıb. İran ordusunun nümayəndəsi admiral Həbibullah Səyyarı nəzərə çatdırıb ki, orduda bütün kütləvi tədbirlər qadağan edilib. Ordunun tibb xidməti bütünlüklə koronavirusla mübarizəyə cəlb edilib. Əsgər və zabitlər dezinfeksiya işləri ilə yanaşı səyyar xəstəxanalar inşa edir və xəstələrə baxırlar.

İran parlamenti isə ölkənin Səhiyyə naziri Səid Nəmakini hesabat verməyə dəvət edib. Parlamentin xüsusi iclasında çıxış edən nazir bildirib ki, Avropa və ABŞ-a nisbətən İranda koronovirusla mübarizə daha effektiv davam edir. Onun sözlərinə görə xəstəliyə yoluxan bir nəfər vətəndaş da diqqətdən kənarda qalmayıb.

Nazir bildirib ki, İran həm virusla həm də iqtisadi sanksiyalarla mübarizə aparır. Onun sözlərinə görə may ayında İranda koronavirus tam nəzarət altına alınacaq.

Nazir bəzi deputatların tənqidinə də məruz qalıb.

Oxuməni.az