Milli eqoizm hər kəsi, o cümlədən Rusiyanı tutub

Milli eqoizm hər kəsi, o cümlədən Rusiyanı tutub

4 Aprel 2020 11:13
Bəyəndim (0) Bəyənmədim (0)

MDB vacib məsələlərin həlli meydanı öz əhəmiyyətini itirir.

Oxuməni.az xəbər verir ki, bunu “Mir” televiziyasına müsahibəsində Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, MDB artıq daha çox prezidentlərin görüşü, bəyanatların qəbulu üçün istifadə edilir. Bununla belə o, MDB-də kifayət qədər məhdudiyyətlərin olduğunu bildirib:

“Mərkəzi Asiya ölkələri Çinə tərəf baxırlar. Çin Mərkəzi Asiyaya yaxşı kömək edir, özünü doğru aparır. Çin onlara investisiyalarla, milyardlarla dollarla və digər şeylərlə kömək edə bilər.Son zamanlar milli eqoizm hər kəsi o cümlədən Rusiyanı tutub. Bizi faktiki olaraq hissələrə ayırıblar”.

Oxuməni.az