Avropa İttifaqı  Dağlıq Qarabağda  keçirilən qondarma “seçkilər” tanımır

Avropa İttifaqı Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” tanımır

31 Mart 14:20
1 504
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “prezident və parlament seçkiləri” ilə bağlı bəyanat yayıb.

Bu barədə Oxuməni.az-a Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən .verilən xəbərdə deyilir.

Bəyanatda bildirilir ki, Avropa İttifaqı 2020-ci il 31 mart tarixində Dağlıq Qarabağda keçirilən qondarma “prezident və parlament seçkiləri” ilə əlaqədar qeyd edir ki, təşkilat “seçkilərin” keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır.

Həmçinin qeyd olunur ki, Avropa İttifaqı ATƏT-in Minsk qrupunun və xüsusilə də onun həmsədrlərinin göstərdikləri cəhdləri dəstəkləyir. Aİ Dağlıq Qarabağ münaqişəsinin tezliklə və sülh yolu ilə həllinə yönəlmiş cəhdləri dəstəkləməyə davam etməyə hazırdır.

Oxuməni.az