Azərbaycanda tarixi adların dəyişdirilməsi yolverilməzdir

Azərbaycanda tarixi adların dəyişdirilməsi yolverilməzdir

30 Mart 2020 17:19
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bəri bir çox tarixi adlar, toponimlər yersiz dəyişdirilib”.

Oxuməni.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclis yanında Toponimiya komissiyasının tərkibi haqqında qanun layihəsinin müzakirəsi zamanı Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı deyib.

Deputat əlavə edib ki, parlamentarizm tarixində bəziləri Azərbaycanın tarixi adlarının dəyişdirilməsinə səs veriblər: “Onların bəziləri hazırda da burada oturub. Azərbaycanda tarixi adların dəyişdirilməsi yolverilməzdir. Hesab edirəm ki, biz toponimləri qorumalıyıq. Bu, bizim keçmişimiz və tariximizdir. Biz bunları dəyişməməliyik”.

Oxuməni.az