Hindisatn silahlanmaqda davam edir

Hindisatn silahlanmaqda davam edir

26 Mart 2020 12:36
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistan hökumətinin İsraillə yüz milyonlarla dollar dəyərində silah razılaşması ortaya çıxıb. Bundan sonra baş nazir Narendra Modi koronavirus böhranına diqqət yetirməməklə bağlı fəallar və hüquq qrupları tərəfindən tənqid edilib.

Oxuməni.az Strateq az.a- istinadən yazır ki, 1,3 milyard insanın yaşadığı Hindistanda həkimlər maska və qoruyucu vasitələrin çatışmazlığından şikayətlənməyə davam etdiyi halda, 116 milyon dollar dəyərində razılaşmaya əsasən, İsrail Hindistan hərbçilərini 16.479 ədəd “Negev” yüngül pulemyotları ilə təmin edəcək.

Səlahiyyətlilərin bildirdiyinə görə, Hindistanda 10 ölümlə nəticələnən 469 Covid-19 hadisəsi qeydə alınıb. Hazırda Hindistan, bir sıra digər ölkələr kimi, infeksiya sıçrayışı yaşayır.

Bazar ertəsi günü bir hind epidemioloqu ölkə ərazisinin 55%-i və ya 715 milyona yaxın insanın virusa yoluxa biləcəyini söyləyib. Ən minimal hesablamalarla, may ayına qədər təxminən 30.000 adam ölə bilər.

Pandemiyanın sürətlənməsi ilə yanaşı, Hindistan iqtisadiyyatının bu dövrdə hərbi xərcləri də öz üzərinə götürə biləcəyi düşüncəsi ciddi tənqid olunur.

Dehli Universitetinin beynəlxalq münasibətlər və qlobal siyasət üzrə təqaüdçü professoru Açin Vanayk qərarı “çox qınanan” olaraq xarakterizə edib. O, “Middle East Eye”-a deyib: “1,3 milyard insanın yaşadığı bir ölkədə yayılmış koronavirus pandemiyası ilə mübarizə aparmaq üçün hər rupiyə ehtiyac var. Hindistanın tibbi sistemi bu cür fövqəladə hallarla mübarizə üçün çox pis təchiz olunub”.

“Demaqogiya kursu”

Silah sövdələşməsi əvvəlcə Müdafiə Alqı-Satqısı Şurası (DAC) tərəfindən 2018-ci ilin fevral ayında təsdiqlənmiş, baş nazir Benyamin Netanyahu və Narendra Modi arasında imzalanmış müqavilələrin bir hissəsidir.

Hindistanın Müdafiə Nazirliyinin məlumatına görə, “bu təchizat cəbhə bölgəsində qoşunların etibarını artıracaq və Silahlı Qüvvələri lazımlı döyüş gücünü təmin edəcək”.

Ancaq Dehli Universitetinin professoru Apurvanand böhran yaşadığı bir vaxtda silah alqısına üstünlük verilməsinin hakim BJP hökumətinin Hindistanı İsrail kimi təhlükəsizlik dövlətinə çevirmək cəhdinin yalnız bir hissəsi sayır. “Dövlətin qondarma təhlükəsizliyi vacib olan hər şeydir. Beləliklə, istər xaricdə, istərsə də içəridə o, düşmənləri artırmağa davam edir. Hindlilər paranoid kütləyə çevrilib”.

Apurvanand əlavə edib: “Baş nazirin bu böhranla mübarizə aparmaq üçün hökumət başçısı olaraq təklif edəcəyi heç bir şey yoxdur. Eyni zamanda, həkimlərimizdə kifayət qədər miqdarda qoruyucu vasitələr yoxdur; mütəxəssislərin tövsiyəsi ilə müayinə aparmaq gücümüz yoxdur. Bunun əvəzinə, Modi Hindistanı demaqogiya kursuna sürükləyir”.

Hindistan Kommunist Partiyasının lideri Kavita Krişnan da MEE-a açıqlamasında hökumətin pandemiya nəticəsində dolanışığını itirənlər üçün hər hansı bir yardım paketi elan etmədiyini, hərbi alışa külli miqdarda pul xərcləməyin mənasız seçim olduğunu söyləyib. “İşsiz qalan insanlar kəndlərə qayıtmaq məcburiyyətində qalıb, getdikləri zaman virusu da orada yaymaq təhlükəsini özləri ilə aparırlar”.

“Niyə Hindistan hökuməti koronavirusla bağlı yardım paketi, tibb infrastruktur, pulsuz səhiyyə və s. üstünlük vermək əvəzinə, hərbi alışlara külli miqdarda pul xərcləməyi seçir?” – deyə Krişnan ritorik soruşur.

Hindistanın Müdafiə Nazirliyi MEE-nın şərh istəyinə cavab verməyib.

“Saxta üstünlük hissi”

Hindistan və İsrail əlaqələri son illər, xüsusən Modi və Netanyahunun rəhbərliyi altında xeyli möhkəmlənib. Silah ticarəti münasibətlərin əsasını təşkil etsə də, hər iki ölkə getdikcə bir-birinə güvənir və ya ittifaqa qurmaq yollarını tapır.

Sosial uzaqlaşma çağırışlarını səsləndirən İsrail baş naziri, israillilərə əl sıxmağı dayandırmağı və bunun yerinə bir-birini “Namaste” üslubunda salamlamağı təklif edib.

Keçən həftə, Netanyahu Modidən, – Hindistanın öz daxili tələbatlarını ödəməsindən sonra, – İsrailə maska və dərman xammalının ixracını təsdiqləməsini istəyib.

Hindistan İsrail hərbi texnikasının ən böyük alıcısıdır və hazırda İsrailin silah ixracatının 46 faizi onun payına düşür.

Apurvanand deyib: “Milli resurslarımız COVID-19 təhlükəsini həll etmək üçün istifadə edilməlidir; mümkünsə test, avadanlıq və peyvəndi inkişaf etdirmək üçün. Ancaq Hindistan bu barədə düşünmür. Hindistan ümumiyyətlə, iddialı deyil. Silah yığma yolu ilə göstərmək istədiyi saxta üstünlük hissi var”.

Oxuməni.az