XİN qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb

XİN qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb

23 Mart 09:59
2 152
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın Abxaziya bölgəsində 22 mart 2020-ci il tarixində keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb.

Oxuməni.az-a XİN-dən verilən xəbərə görə, bəyanatda deyilir:

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 22 mart 2020-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir".

Oxuməni.az