ABŞ F-35-ləri vermir: Türkiyənin iki seçimi var...

ABŞ F-35-ləri vermir: Türkiyənin iki seçimi var...

20 Mart 2020 09:33
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ hazırda Türkiyənin F-35 proqramından çıxarması prosesində çətinliklər yaşayır və bu problemlərin operativ həlli yoxdur.

Oxuməni.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Yuri Sıtnik deyib.

Ekspert Türkiyənin yeni nəsil qırıcılarını başqa bir ölkədən almasının məntiqli olacağını bildirib:

“Ankara həqiqətən də 4 və 5-ci nəsil qırıcıları almaq məsələsini dəyərləndirir. Rusiyanın Su-35-ləri daha ucuzdur, lakin F-35-lərlə bənzər özəlliklərə sahibdir. Rusiyanın yeni texnologiyaları keçmişdə görünməz sayılan F-35-lərin əslində belə olmadığını sübut etdi. S-400 lazımi məsafədə F-35-ləri müəyyən edə bilir. Bundan əlavə, F-35-lərin verilməməsi Türkiyəni öz qırıcısını yaratmağa sövq edə bilər”.

Sıtnik eyni zamanda vurğulayıb ki, İdlibdəki anlaşılmazlıqlara rəğmən rus-türk əlaqələri güclənməkdə davam edir.

Oxuməni.az