Şimali Makedoniya NATO-nun üzvü oldu

Şimali Makedoniya NATO-nun üzvü oldu

18 Mart 09:30
1 011
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniya parlamentinin Yuxarı Palatası Şimali Makedoniyanın NATO-ya üzv olması barədə sənədləri ratifikasiya edib.

Oxuməni.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq özünün "Twitter" səhifəsində yazıb.

“İspaniya Senatı yenicə Şimali Makedoniyanın NATO-ya qoşulmasını təsdiq etdi”, - deyə Stoltenberq sosial şəbəkədəki hesabında yazıb.

İspaniya həmin sənədləri NATO-nun 29 üzv ölkəsindən sonuncusu kimi ratifikasiya edib və bununla Şimali Makedoniyanın NATO üzvlüyünə yol açıb.

“Bununla bağlı bütün tərəfdaşlarımız (NATO üzrə) tezliklə 30-cu üzvümüz olacaq ölkəni qarşıladı. Şimali Makedoniyanı təbrik edirik”, - baş katib əlavə edib.

Şimali Atlantika Müqaviləsi Təşkilatı (ing. North Atlantic Treaty Organization, NATO) — sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqıdır.

NATO-nun 28 üzvü var. Onlar: Amerika Birləşmiş Ştatları, Albaniya, Almaniya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Fransa, İspaniya, İtaliya, İslandiya, Kanada, Latviya, Litva, Lüksemburq, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Türkiyə, Xorvatiya və Yunanıstandır.

Oxuməni.az