SSRİ-nin ilk və son prezidenti böyük siyasətə qayıdır

SSRİ-nin ilk və son prezidenti böyük siyasətə qayıdır

9 Aprel 2012 18:37
Bəyəndim (0) Bəyənmədim (0)
Mixail Qorbaçov yenidən iqtidara gələcəklərinə inanır

SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Sergeyeviç Qorbaçov tərəfdaşları ilə birlikdə bu ay Rusiya Sosial Demokrat partiyasının təsis olunması barədə məsələləri müzakirə edəcək. İnterfax-ın məlumatına görə, "Qorbaçov fondu"na hər gün bu barədə minlərlə məktub daxil olur. M.S.Qorbaçov bu məsələyə toxunarkən deyib: "Biz 17 aprel günü bu məsələni müzakirə etməyi və təşkilat komitəsini yaratmağı planlaşdırırıq."

"Дождь (Yağış)" televiziya kanalının verdiyi məlumata görə, Rusiyanın indiki iqtidarının siyasətinə müxalif olan sabiq prezident növbəti seçkilərdə partiyasının namizədinin qalib olacağına inanır.

Görünür, M.S.Qorbaçovun əli ilə SSRİ-ni parçalayan Qərb kəşfiyyatı bu dəfə Rusiya Federasiyasını hədəfə alıb...

Murad Şahməmmədov

O.M.