Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri Türkiyə KİV-lərinin əsas mövzusu olub

Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri Türkiyə KİV-lərinin əsas mövzusu olub

26 Fevral 16:24
623
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycan Respublikasına etdiyi səfər qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələri (KİV) tərəfindən geniş işıqlandırılıb. Dövlət başçılarının çıxışlarındakı mühüm məqamlardan manşet material kimi istifadə olunub.

Oxuməni.az xəbər verir ki, Türkiyənin TRT HABER televiziya kanalı Prezident Rəcəb Tayyib Ərdoğanın səfərdən əvvəl Ankarada Esenboğa Hava Limanında keçirdiyi mətbuat konfransını, Bakıda Prezident İlham Əliyev tərəfindən qarşılanmasını və digər mühüm informasiyaları canlı yayımla tamaşaçılara çatdırıb.

Ümumiyyətlə, bu səfərin anonsu veriləndən başlayaraq Anadolu və İHA agentlikləri, “Milliyet”, “Yeni Şafak”, “Sabah”, “Hürriyet” və digər qəzetlər, NTV, A HABER, TRT AVAZ və s. televiziya kanalları, həmçinin digər nüfuzlu KİV-lər Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti və perspektivlərinə dair geniş materiallar yayılıb.

Prezident İlham Əliyevin söylədiyi “Azərbaycan dövləti və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının yanındadır”, Prezident Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” ifadələri, həmçinin digər mühüm siyasi çağırışlar qardaş ölkə KİV-lərində günün əsas xəbərinə çevrilib.

Oxuməni.az