Mehriban Əliyeva: "Bu faciə yaddaşımızdan silinməyəcək"

Mehriban Əliyeva: "Bu faciə yaddaşımızdan silinməyəcək"

26 Fevral 2020 09:33
Bəyəndim (0) Bəyənmədim (0)

Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı paylaşım edib.

Oxuməni.az xəbər verir ki, M.Əliyeva İnstaqram hesabında bunları yazıb:

"Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir. Bu hadisə xalqımızı sarsıtdı, amma iradə və əzmini sındırmadı, bizi bir millət kimi daha sıx birləşdirdi və bu yenilməz birliyimizlə biz haqqın və ədalətin təntənəsinə - Xocalı faciəsinin dünya miqyasında xalqımıza qarşı soyqırımı aktı kimi tanıdılmasına nail oluruq. Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm".

Oxuməni.az