Sanders Nevada da seçicilərin 44,6 faiz səsini toplayıb

Sanders Nevada da seçicilərin 44,6 faiz səsini toplayıb

23 Fevral 12:33
478
Bəyəndim (0) Bəyənmədim (0)

Senator Berni Sanders qarşıdan gələn prezident seçkiləri üzrə Demokratlar Partiyasının Nevada ştatında keçirilən praymerizində səslərin hesablanmasının ilkin nəticələrinə görə qalib gəlir.

Oxuməni.az RİA “Novosti”yə istinadən xəbər verir ki, “ABC News”, “CNN”, “Fox News” və “MSNBS” tərəfindən səslərin 10% -dən çoxu hesablanıb.

CNN-in məlumatına görə, Sanders Nevada da seçicilərin 44,6 faiz səsini toplayıb.

İkinci yerdə 19,5 faiz səslə keçmiş vitse-prezident Co Bayden, üçüncü yerdə isə sabiq mer Pit Butticiç (15,6 faiz) gəlir. 78 yaşlı milyarder Maykl Blumberq praymerizdə iştirak etməyib.

Bundan əvvəl Senator Berni Sanders qarşıdan gələn prezident seçkiləri üzrə Demokratlar Partiyasının Nyu-Hempşirdəki praymerizinin qalibi olub.

Oxuməni.az