BMT Təhlükəsizlik Şurasında Rusiya və Ukrayna arasında görüş

BMT Təhlükəsizlik Şurasında Rusiya və Ukrayna arasında görüş

19 Fevral 2020 15:00
Bəyəndim (0) Bəyənmədim (1)

ATƏT-in xüsusi monitorinq missiyası Luqansk vilayətinin qərb hissəsində "çox ciddi insident" qeydə alıb.

Oxuməni.az Euronews-a istinadən xəbər verir ki, missiya rəhbəri Yaşar Çevik BMT Təhlükəsizlik Şurasının görüşündə videobağlantı üzrə çıxış edərkən deyib: "Orada atəşkəs rejiminin pozulması halları artıb və 2500-dən artıq partlayış qeydə alınıb".

Bu toplantı Rusiyanın təşəbbüsü ilə çağırılmışdır.

Nəticədə, bir dinc sakin kütləvi atəş nəticəsində ağır yaralanıb.

Rusiyanın BMT yanında daimi nümayəndəsi Vasili Nebenzya salonda əyləşənlərə müraciət edib: "Sizin bir çoxunuz Donbass sakinlərinin fəlakətli vəziyyəti barədə danışırlar və özləri də Donbassa qarşı nəqliyyat, ərzaq və iqtisadi blokadanı öz əhalisi ilə vuruşan Kiyevin məsuliyyətini etiraf etməkdən imtina edirlər. Hər gün, beş ildir ki, orada insanlar atəşdən həlak olurlar. Onlar özlərini atəşə tuturlar?".

Öz növbəsində ATƏT-in monitorinq missiyasının rəhbəri Yaşar Çevik vurğulayıb ki, "Bu cür münaqişə baş verənləri eskalasiya riski yarada və böhranın həllini daha da ləngidə bilər".

Oxuməni.az