Trampın proqnozları özünü doğruldur

Trampın proqnozları özünü doğruldur

18 Fevral 2020 10:45
Bəyəndim (1) Bəyənmədim (0)

Çində yaranan yeni növ koronavirusun aprel ayında təsirini itirəcəyi Çinin dövlət komitəsi tərəfindən təsdiqlənib.

Oxuməni.az xəbər verir ki, bu proqnoza görə, virus iki aydan sonra öz təsirini itirəcək.

Bu barədə məlumatı Çin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin pnevmoniyanın yayılmasına qarşı mübarizə komissiyasının rəhbəri deyib. Epidemiyanın pik həddi fevralın sonuna qədər enəcəyi, aprel ayında isə öz fəaliyyətini dayandıracağı ehtimal olunur.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da öz çıxışı zamanı, aprel gələcək və virus sovuşacaq, narahat olmayın, demişdi. Trampın bu çıxışı laqeydcəsinə edilmiş bir çıxış kimi qəbul edilmiş və Prezident tənqidlərə tuş gəlmişdi.

Oxuməni.az