Almaniya Türkiyəyə dəstək verdi

Almaniya Türkiyəyə dəstək verdi

14 Fevral 2020 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

“Suriyadakı Bəşər Əsəd rejimi qəddarlıqla müdafiəsiz insanları hədəf alır”.

Oxuməni.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas deyib.

Nazir hazırda İdlibdə gərginliyin dramatik şəkildə artdığını, fəlakət həddinə çatdığını bildirərək, rejim ordusundan hücumları dayandırmasını tələb edib.

Maas gərginliyin azaldılması üçün Rusiya və Türkiyə arasında əldə olunmuş anlaşmaların işə yaramadığını bildirib.

O, Əsəd rejiminin Rusiyanın dəstəyindən sui-istifadə etiyini də vurğulayıb.

Oxuməni.az