EuroNest Parlament Assambleyası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini istəyir

EuroNest Parlament Assambleyası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini istəyir

4 Aprel 2012 13:16
Bəyəndim (0) Bəyənmədim (0)

"Dağlıq Qarabağ münaqişəsi regiondakı təhlükələrdən birdir. Lakin regionda digər təhlükəli münaqişə bölgələri də var". Bunu EuroNest Parlament Assambleyasının (PA) həmsədri Kristian Vigenin PA-nın Bakıda keçirilən 2-ci sessiyasının yekunlarına dair mətbuat konfransında deyib.

EuroNest PA-nın digər həmsədri Boris Tarasyuk isə Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməli olduğunu söyləyib. O qeyd edib ki, Moldova və Gürcüstan əraziləri də azad olunmalıdır.

O.M.