Lukaşenko: Belarus Şərqin İsveçrəsidir

Lukaşenko: Belarus Şərqin İsveçrəsidir

13 Fevral 2020 15:54
Bəyəndim (1) Bəyənmədim (0)

Belarus şərqin İsveçrəsidir.

Oxuməni.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko İsveçrə Xarici İşlər naziri İnyatsio Kassislə görüşü zamanı deyib.

“Belarus haqqında danışanda onu tez-tez “Şərqin İsveçrəsi” adlandırırlar. Mən buna qətiyyən etiraz etmirəm, ona görə ki, İsveçrə belə xoş statusu özünün siyasəti, daimi neytraliteti və digər dövlətlərlə münasibətlərdə nizamlılığına görə qazanıb”, – deyə o bildirib.

Bununla belə Lukaşenko İsveçrə ilə Belarusun landşaftında bəzi fərqlərin olduğunu deyib.

Oxuməni.az