Ərdoğan Pakistana getdi

Ərdoğan Pakistana getdi

13 Fevral 2020 14:21
Bəyəndim (4) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistana səfər edib.

Oxuməni.az xəbər verir ki, Ərdoğan səfər çərçivəsində Türkiyə-Pakistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasına qatılacaq. Bundan başqa, Türkiyə-Pakistan biznes forumunda da iştirak edəcək.

Səfər çərçivəsində Türkiyə Prezidenti pakistanlı həmkarı Arif Alvi ilə görüşəcək.

Qeyd edək ki, Ərdoğanla birgə xanımı Əminə Ərdoğan, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii Sərvətlər naziri Fateh Dönməz, Xəzinə və Maliyyə naziri Barat Albayraq, Ticarət naziri Ruhsar Pekcan, Nəqliyyat və İnfrastruktur naziri Cahid Turxan, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun və Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın da İslamabada səfər ediblər.

Oxuməni.az