Siyavuş Novruzov: "Müxalifət partiyalarının heç birinin sosial bazası, o cümlədən cəmiyyətə verə biləcəyi ideyası yoxdur"

Siyavuş Novruzov: "Müxalifət partiyalarının heç birinin sosial bazası, o cümlədən cəmiyyətə verə biləcəyi ideyası yoxdur"

2 Aprel 2012 15:59
Bəyəndim (0) Bəyənmədim (0)

"İctimai Palata bir neçə dəfə Avropa Birliyinə daxil olan ölkələrin Azərbaycandakı səfirləri ilə görüş təşəbbüsü ilə çıxış edib. Ötən il keçirdikləri görüşdə hansı məsələlərin müzakirə olunduğuna dair stenoqram var. Onların birinci tələbi puldur. Səfirlərin biri də deyib ki, mitinqə kifayət qədər adam çıxartmasanız, maddi və mənəvi dəstək verməyəcəyik. Hətta səfirlərdən biri müxalifətçilərin aksiyada iştirak edənlərin sayı ilə bağlı məlumatının yalan olduğunu da bildirib".

Bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov jurnalistlərə açıqlamasında deyib. YAP səlahiyyətlisi həmçinin bildirib ki, Avropa Birliyinə daxil olan ölkələrin səfirləri ilə İctimai Palatanın görüşmək niyyəti onların hüququdur. Lakin Avropa ölkələrinin səfirləri bundan sonra onlarla hansı üzlə görüşəcək, bu mənə aydın deyil: "Müxalifət partiyalarının, bu qurumlara yaxın olan gənclər təşkilatlarının aksiyalarının səviyyəsini gördük. Bu fikrimin üzərində qalıram. Müxalifət partiyalarının heç birinin sosial bazası, o cümlədən cəmiyyətə verə biləcəyi ideyası yoxdur. 1990-cı il təfəkküründən bu yana keçə bilməyən, ancaq mitinq düşüncəsi ilə yaşayan insanlardan xalq da heç nə gözləmir".

O.M.