Ermənistan və Azərbaycan deputatları arasında centlmen razılaşması əldə olundu

Ermənistan və Azərbaycan deputatları arasında centlmen razılaşması əldə olundu

2 Aprel 2012 14:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda EuroNest Parlament Assambleyasının sessiyası çərçivəsində İqtisadi inteqrasiya, Hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasətləri ilə uyğunluq üzrə komitəsinin iclasında komitənin hesabatı müzakirə olunub. Hesabata edilən dəyişikliklərlə bağlı müzakirələr zamanı Ermənistanın 8 saylı, Azərbaycanın isə 12 saylı təklifi həmin sənəddən çıxarılıb.

Ermənistanın EuroNest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Vaan Ovannesyan çıxışı zamanı Bakıda yüksək səviyyədə qarşılanmaqlarından məmnun olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti ilə öncədən belə bir centlmen razılaşması əldə edilib ki, komitənin hesabatına təklif olunan dəyişikliklərdə ümumi işə ziyan vuracaq ifadələr olduqda çıxarılacaq: "Biz öz tərəfimizdən hesabatla bağlı 8 saylı təklifimizi geri götürürük. Azərbaycan tərəfi isə bizə söz verib ki, 44 saylı təklifi çıxaracaq, geri götürəcək. İstərdik ki, ziddiyyətli təklif hesabata salınmasın".
Azərbaycanın EuroNest PA-dakı nümayəndə heyətinin üzvü Azər Kərimli isə qeyd edib ki, Azərbaycan hesabata təqdim etdiyi 12-ci təklifi geri götürür.

O.M.