Tramp Netanyahunu yanvarın 28-i qəbul edəcək

Tramp Netanyahunu yanvarın 28-i qəbul edəcək

24 Yanvar 10:23
1 217
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp yanvarın 28-i İsrailin baş naziri Binyamin Netanyahu və müxalifət blokunun lideri Beni Qantsı Ağ Evdə qəbul edəcək.

Oxuməni.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "ABŞ prezidenti Donald Tramp yanvarın 28-i Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahunu qəbul edəcək. Beni Qants həmçinin prezidentin Vaşinqtona dəvətini qəbul edib. ABŞ-ı və İsraili yaxın tərəfdaşlıq bağlayır. Baş nazirin səfəri təhlükəsizlik sahəsində ümumi regional və milli maraqları müzakirə etmək üçün bir imkandır".

Oxuməni.az