Osvensim-Birkenau düşərgəsinin azad edilməsinin 75 illiyi münasibətilə geniş mərasim keçiriləcək

Osvensim-Birkenau düşərgəsinin azad edilməsinin 75 illiyi münasibətilə geniş mərasim keçiriləcək

22 Yanvar 2020 13:59
Bəyəndim (0) Bəyənmədim (4)

Polşadakı Osvensim-Birkenau düşərgəsinin faşistlərdən azad edilməsinin 75-ci ildönümü münasibətilə təşkil olunacaq tədbirdə iştirak edəcək ölkələrin adları açıqlanıb.

Oxuməni.az xəbər verir ki, tədbirlərdə Azərbaycan tərəfdən Milli Məclisin sədri Oqtay Əsədov iştirak edəcəyi gözlənilir.

Polşa Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, yubiley mərasimlərində 50-dən çox dövlət rəsmisi, beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcəklər. Bu ölkələr və təşkilatlar arasında Argentina, Avstraliya, Belçika, İspaniya, Xorvatiya, Portuqaliya, Almaniya, Avstriya, Böyük Britaniya, Avropa Şurası, BMT, UNESKO və digərlərinin adları var. Ən vacib qonaqlar isə ölüm düşərgəsindən sağ qurtulmuş keçmiş əsirlər olacaq.

Oxuməni.az