ABŞ və Fransa Şərqi Aralıq dənizi Qaz Forumunun üzvü olmaq üçün müraciət ediblər

ABŞ və Fransa Şərqi Aralıq dənizi Qaz Forumunun üzvü olmaq üçün müraciət ediblər

17 Yanvar 20:45
1 109
Bəyəndim (1) Bəyənmədim (0)

Misirin paytaxtı Qahirədə keçirilən III Şərqi Aralıq dənizi Qaz Forumunda ABŞ və Fransanın bu təşkilata üzvlükləri barədə rəsmi müraciətlərinə baxılıb. Oxumeni.az MENA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Misirin Neft və Mineral Ehtiyatlar naziri Tarek əl-Molla məlumat verib. O əlavə edib ki, həmin ölkələr forumun işində müşahidəçi statusunda iştirak edəcəklər.

Qahirədə keçirilən forumda ABŞ-ın Energetika nazirinin müavini, Fransanın Xarici İşlər Nazirliyinin nümayəndəsi, Avropa İttifaqının Qahirədəki səfiri, Dünya Bankının təmsilçisi, İsrail, Misir, Kipr, Yunanıstanın energetika nazirləri, İtaliyanın İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi, habelə Fələstin və İordaniya rəsmiləri iştirak ediblər. Gündəlikdə duran əsas məsələlər Kipr və Misir təbii qazının nəqli layihələri olub. Yunanıstan, İsrail və Kiprin nazirləri Avropaya qaz nəqlini həyata keçirəcək Şərqi Aralıq dənizi qaz kəməri üzrə saziş də imzalayıblar.

Misirin Prezidenti Əbdülfəttah əs-Sisi forum iştirakçılarını qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az