İran “Boeing 737-800” təyyarəsinin qara qutusunu Ukraynaya təhvil verməyə hazırdır

İran “Boeing 737-800” təyyarəsinin qara qutusunu Ukraynaya təhvil verməyə hazırdır

17 Yanvar 2020 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Oxumeni.az xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko Ali Radada çıxışı zamanı söyləyib.

Nazir bildirib ki, İranın təyyarə qəzası ilə əlaqədar yaradılan xüsusi qrupu ilkin araşdırmanı başa çatdırandan sonra qara qutunu təqdim edəcək. İran tərəfi əmin edib ki, İran, Kanada, Ukrayna birgə istintaq qrupu qara qutuya giriş əldə edəcək. Bundan sonra İran tərəfi qara qutunu ayrıca Ukraynaya təhvil verməyə hazırdır.

Xatırladaq ki, yanvarın 8-də səhər saatlarında Tehran-Kiyev reysini həyata keçirən “Boeing-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 176 nəfərin hamısı həlak olub.

İran tərəfi Ukraynaya məxsus təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib. Prezident Həsən Ruhani baş verənləri “böyük faciə və bağışlanmaz səhv” adlandırıb.

Ukraynanın hüquq-mühafizə orqanları qara qutunun verilməsi üçün İranın müvafiq qurumlarına müraciət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az