Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılıb

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılıb

17 Yanvar 2020 14:13
Bəyəndim (1) Bəyənmədim (0)

Oxumeni.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir deyib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Anji Kaspşiklə görüşdə bu məsələ müzakirə olunub.

Elmar Məmmədyarov, həmçinin bu ilin birinci rübündə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinin nəzərdə tutulduğunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az