ABŞ Prezidenti Donald Tramp  Davos Dünya İqtisadi Forumunda iştirakı gözlənilir

ABŞ Prezidenti Donald Tramp Davos Dünya İqtisadi Forumunda iştirakı gözlənilir

17 Yanvar 2020 09:58
Bəyəndim (1) Bəyənmədim (0)

Oxumeni.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Ağ Evin qarşısında jurnalistlərə “Ola bilər ki, Davosa getdim”, - deyə bildirib. Daha əvvəl ABŞ Administrasiyasının yüksək vəzifəli nümayəndəsi ölkə prezidentinin Davosa gedəcəyini təsdiqləyib.

Yanvarın əvvəlində Ağ Evdən verilən məlumatda Dünya İqtisadi Forumunda başda Maliyyə naziri Stiven Mnuçin olmaqla ticarət naziri Uilbur Ross, ABŞ-ın ticarət danışıqları nümayəndəsi Robert Laythayzer və prezidentin baş müşaviri Cared Kuşnerdən ibarət nümayəndə heyətinin iştirak edəcəyi bildirilirdi.

Xatırladaq ki, 2019-cu ildə Donald Tramp ölkədə yaşanan büdcə böhranına görə Davosa səfərini təxirə salmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az