Çin Xalq Respublikasının Sədri Si Cinpin yanvarın 17-də Myanmaya dövlət səfərinə yola düşüb

Çin Xalq Respublikasının Sədri Si Cinpin yanvarın 17-də Myanmaya dövlət səfərinə yola düşüb

17 Yanvar 09:44
695
Bəyəndim (1) Bəyənmədim (0)

Oxumeni.az xəbər verir ki, Myanma İttifaqı Respublikasının Prezidenti Vin Myinin dəvəti əsasında baş tutan səfər iki gün davam edəcək. Bu, Si Cinpinin yeni ildə ilk xarici səfəri olmaqla yanaşı, 19 illik fasilədən sonra Çin liderlərinin Myanmaya ilk rəsmi səfəridir. Sədr Si Cinpinin nümayəndə heyətinə yüksək vəzifəli şəxslər daxildir.

Bu il diplomatik əlaqələrin qurulmasının 70 illiyini qeyd edəcək iki qonşu ölkə sıx siyasi, iqtisadi və humanitar əlaqələrə malikdir. Tərəflər bir-birini vacib siyasi məsələlərdə dəstəkləyir. İki dövlət 2011-ci ildə əməkdaşlıq əsasında hərtərəfli strateji tərəfdaşlıq qurub. Çin Myanmanın ən böyük ticarət tərəfdaşı və bu ölkəyə ən çox investisiya yatıran dövlətdir. Tərəflər 2017-ci ildə “Çin-Myanma iqtisadi dəhliz”i üzrə razılığa gəliblər. Bundan başqa, Çin ilə Myanma neft-qaz sektorunda fəal əməkdaşlıq edir. Bura Myanmadan Çinə neft-qaz kəmərlərinin çəkilməsi də daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az