Dövlət Duması Mixail Mişustinin Baş Nazir vəzifəsinə təyin olunmasına razılıq verib

Dövlət Duması Mixail Mişustinin Baş Nazir vəzifəsinə təyin olunmasına razılıq verib

16 Yanvar 19:52
668
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Dövlət Duması Mixail Mişustinin Baş Nazir vəzifəsinə təyin olunmasına razılıq verib.

Oxumeni.az xəbər verir ki, Mixail Mişustinin namizədliyinin lehinə 383 deputat səs verib, 41 deputat bitərəf qalıb.

Qeyd edək ki, yanvarın 16-da Dövlət Dumasının plenar iclasında Federal Vergilər Xidmətinin başçısı Mixail Mişustinin Baş Nazir vəzifəsinə təyin olunması məsələsi müzakirə edilib. Plenar iclasda çıxış edən Mixail Mişustin hökumətin gələcək planlarını və prioritetlərini açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad

Oxumeni.az