Ermənilər məsələni tankla həll etmək istəyirlər

Ermənilər məsələni tankla həll etmək istəyirlər

22 Aprel 2011 13:52
879
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın müxalifətdəki Xalq Partiyasının lideri Tiqran Karapetyan keçmişdə türklərlə aparılan danışıqların heç bir nəticə vermədiyini söyləyərək, "Onlarla tanklar vasitəsi ilə danışmaq lazımdır", - deyib.


Epress.am-ın xəbərinə görə, Ermənistan prezidenti Serj Sarkisyanın Ankara ilə dialoq cəhdlərini tənqid edən Karapetyan, "Türkiyə-Ermənistan sərhədinin açılması mövzusunda minlərlə dəfə görüşdük, olmadı. Onlar türkdür. Bir zamanlar Daşnakların da onlarla silahla danışması görəkirdi, amma etmədilər. Bəs necə danışmışdılar? Əllərindəki bütün torpaqları onlara vermişdilər. Qarsı vermişdilər. Qars verilməməli idi. Türklərlə tanklar vasitəsilə danışmaq lazımdır", - deyə danışıb.

İrəvanda təşkil edilən "Ermənistanda siyasi dialoqun məqsədləri, problemləri, önündəki maneələr və təmin etdiyi imkanlar" mövzusunda konfransda danışan Xalq Partiyasının lideri, Daşnak Erməni Milli Konqresinin lideri Levon Ter Petrosyan isə çıxış edərkən, "O, bu sistemi çox yaxşı bilir və qüvvənin yaxşı bir silah olduğunun fərqinə varıb", ifadəsini işlədib.


Ermənilər türklərlə tanklar vasitəsilə danışmaq istəyirlər. Çünki bu dildən başqa dil bilmirlər. Axı özləri ilə bu dildə danışanda başa düşürlər


Günel Həbib


O.M.