Moldova sakinləri İqor Dodonun yenə prezident olmasını istəyirlər

Moldova sakinləri İqor Dodonun yenə prezident olmasını istəyirlər

16 Yanvar 2020 18:26
Bəyəndim (1) Bəyənmədim (0)

Moldova dövlətinin başçısı ölkə vətəndaşlarının nəzərində liderliyini davam etdirir. Əgər qarşıdan gələn bazar günü bu ölkədə birbaşa prezident seçkiləri keçirilsəydi, seçicilərin 44 faizi İqor Dodonun namizədliyinə səs verərdi.

Oxumeni.az xəbər verir ki, Moldova Respublikasının Sosioloqlar və Demoqraflar Assosiasiyası tərəfindən keçirilmiş ictimai rəy sorğusunun nəticələri bu fikri təsdiq edir. Beləliklə, İqor Dodonun ikinci dəfə mandat almaq şansı yüksəkdir.

Sorğunun nəticələrinə görə ikinci yeri “Fəaliyyət və həmrəylik” partiyasının sədri Mayya Sandu tutardı. Seçicilərin 25,5 faizi ona səs verərdi. Moldova Demokratik Partiyasının sədri Pavel Filip 9,5 faiz nəticə ilə üçüncü yerdədir. “Ləyaqət və həqiqət platforması” partiyasının sədri Andrey Nestasenin namizədliyini dəstəkləməyə hazır olanlar isə cəmi 7,7 faiz olub.

Moldova Respublikasının Sosioloqlar və Demoqraflar Assosiasiyası tərəfindən təşkil olunmuş “2019-cu il Moldova Respublikası əhalisinin nəzərində” adlı rəy sorğusu 2020-ci il yanvarın 2-dən 13-dək keçirilib. Sorğuda 1189 respondent iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az