Birinci vitse-prezident Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni 90 illik yubileyi münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni 90 illik yubileyi münasibətilə təbrik edib

14 Yanvar 2020 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə paylaşım edib.

Oxumeni.az xəbər verir ki, paylaşımda deyilir: “Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. Xoşbəxt müəllim Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış canlı əfsanədir. O, əsl Azərbaycan ziyalısı kimi şəxsi keyfiyyətləri, biliyi, zəngin təcrübəsi, elmi və əməli fəaliyyəti ilə bütün xalqımızın səmimi sevgi və hörmətini qazanmışdır.

Bu əlamətdar gündə Xoşbəxt müəllimi 90 illik yubileyi və Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi olan "Heydər Əliyev" ordeni ilə təltif edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı diləyir və ən xoş arzularımı çatdırıram!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az