Keçmiş mer israfçılığa görə məhkum edilib

Keçmiş mer israfçılığa görə məhkum edilib

14 Yanvar 2020 11:48
Bəyəndim (1) Bəyənmədim (0)

Budapeşt məhkəməsi Macarıstan paytaxtının yeddinci dairəsinin keçmiş meri, sosialist Dyord Hunvaldı dövlət vəsaitlərinin qeyri-qanuni mənimsənilməsinə görə bir il azadlıqdan məhrum edib.

Oxumeni.az xəbər verir ki, son 10 ildə Hunvaldın adı dəfələrlə xəzinənin talan edilməsi, öz dostlarına və qohumlarına məxsus firmalar üçün preferensial şərait yaradılması ilə bağlı cinayət işləri üzrə təhqiqatın mərkəzində olub. Bundan əlavə, Hunvald təqribən 3 il ilkin həbsdə olub.

Hakim öz verdiktini əsaslandırmaq üçün bildirib ki, Hunvaldın büdcə vəsaitlərinin qanunsuz mənimsənilməsində təqsirkar olması sübut edilib. Dövlət sifarişləri üzrə işlər üçün əslində cəlb edilməmiş podratçılara bu işlərin başa çatdırılması barədə onun tərəfindən verilən sertifikatlar saxta olub.

Məhkəmənin qətnaməsinə görə Hunvald həbsxanaya salınmayacaq, çünki onun ilkin həbsdə saxlandığı müddət nəzərə alınıb. Bununla belə, Hunvald paytaxtın yeddinci dairəsinə vurduğu ziyana görə dövlət xəzinəsinə 28 milyon forint (83 min 600 avro) və əlavə faizlər ödəməlidir.

Hunvald özü məhkəmənin bu qərarından protest vermək niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az