Parlament seçkiləri ilə əlaqədar xarici müşahidəçilərin qeydiyyatı prosesi sürətlə davam edir

Parlament seçkiləri ilə əlaqədar xarici müşahidəçilərin qeydiyyatı prosesi sürətlə davam edir

14 Yanvar 2020 03:55
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisə seçkilərlə əlaqədar 2000-ə yaxın yerli və xarici müşahidəçi müraciət edib və onların demək olar ki, hamısı müsbət cavab alıb.

Oxumeni.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, qeydiyyatdan keçən həmin müşahidəçilərin 1630-u yerli müşahidəçidir. Xarici müşahidəçilərin sayı isə 70-ə yaxındır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının müşahidə missiyası artıq fəaliyyətə başlayıb. İtaliya, Çexiya parlamentlərinin, Litva Seyminin müşahidəçiləri artıq akkreditasiyadan keçiblər. Moldova Mərkəzi Seçki Komissiyasının nümayəndələri də seçkiləri müşahidə edəcəklər. Xarici müşahidəçilərin qeydiyyatı prosesi hazırda sürətlə davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az