Azərbaycan Prezidenti Avstriyanın Federal Kanslerini təbrik edib

Azərbaycan Prezidenti Avstriyanın Federal Kanslerini təbrik edib

14 Yanvar 2020 02:17
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın Federal Kansleri Sebastian Kurtsa təbrik məktubu göndərib.

Oxumeni.az xəbər verir ki, Avstriya Respublikasının Federal Kansleri kimi fəaliyyətə başlamağı münasibətilə Sebastian Kurtsu təbrik edən dövlətimizin başçısı inandığını bildirib ki, Azərbaycan ilə Avstriya arasındakı dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Azərbaycan Prezidenti Avstriyanın Federal Kanslerinə cansağlığı, xoşbəxtlik, fəaliyyətində uğurlar diləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az