Səudiyyə Ərəbistanı Yaponiya ilə münasibətlərin inkişafında maraqlıdır

Səudiyyə Ərəbistanı Yaponiya ilə münasibətlərin inkişafında maraqlıdır

13 Yanvar 2020 16:17
Bəyəndim (1) Bəyənmədim (0)

Yaponiyanın Baş Naziri Şinzo Abe Yaxın Şərq ölkələrinə səfəri çərçivəsində Ər-Riyadda Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd-şahzadə Məhəmməd bin Salman ilə görüşlər keçirib.

Oxumeni.az SPA informasiya agentiyinə istinadla xəbər verir ki, vəliəhd-şahzadə Məhəmməd bin Salman Səudiyyə Ərəbistanının Yaponiya ilə münasibətlərin inkişafında maraqlı olduğunu bildirib. O, 2030-cu ilədək iqtisadi, xüsusən energetika sahələrində Səudiyyə Ərəbistanı-Yaponiya əməkdaşlığının “yol xəritəsi” üzrə müzakirələrin əhəmiyyətini də vurğulayıb. Eyni zamanda, görüşlərdə regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Vəliəhd-şahzadənin qış çadırında baş tutan görüşdən əvvəl Yaponiyanın Baş Nazirinə folklor nümunələri də təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az