BMT üzvü olan 7 dövlət üzvlük haqqını ödəmədiyi üçün səsvermə hüququnu itirib

BMT üzvü olan 7 dövlət üzvlük haqqını ödəmədiyi üçün səsvermə hüququnu itirib

13 Yanvar 2020 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Oxumeni.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə təşkilatın saytında yazılıb. Venesuela, Qambiya, Yəmən, Lesoto, Livan, Tonqa və Mərkəzi Afrika Respublikasının borcu son iki ildə ödənilən məbləği üstələdiyi üçün onlar səsvermə hüququndan məhrum ediliblər. Bu qərar BMT Nizamnaməsinin 19-cu maddəsinə əsasən verilib.

Bu ölkələrdən ən çox borcu olan isə Venesueladır: rəsmi Karakas 19-cu maddənin müddəalarına əməl etmək üçün 21 milyon dollar ödəməlidir.

Borclular siyahısında Komor adaları, Somali, San-Tome və Prinsipi kimi ölkələrin də adı var. Bununla belə, BMT həmin ölkələrə 74-cü sessiyanın sonuna kimi səsvermədə iştiraka icazə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az