Ərdoğan Gülsümlə canlı yayımda danışdı + Video

Ərdoğan Gülsümlə canlı yayımda danışdı + Video

12 Yanvar 2020 21:55
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Kim milyonçu olmaq istəyir” verilişi ilə məşhurlaşan Ümmü Gülsüm Gənclə sosial şəbəkənin canlı yayımında danışıb.

Oxumeni.az xəbər verir ki, 4 yaşında keçirdiyi ağır xəstəlik səbəbindən danışa bilməyən 27 yaşlı qız Ərdoğanla da yarışmada olduğu kimi, yazılı ünsiyyət qurub. Səmimi ortamda keçən görüşdə Prezident Ümmü Gülsümə uğurlar diləyərək, onu ailəsi ilə birlikdə Ankaraya dəvət edib.

Xatırladaq ki, Ümmü Gülsüm “Kim milyonçu olmaq istəyir?” yarışmasında hər kəsin diqqətini cəlb edib. İlk dəfə məhz ona görə veriliş formatında dəyişiklik edilib. Belə ki, gənc qız bütün suallara yazılı cavab verib. Ümmü Gülsüm yarışmadan 125 min lirə (təxminən 36 min manat) pul mükafatı da qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az